Ötən axşam Ermənistanın paytaxtında iri yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, “Mercedes” markalı minik maşını və “QAZel” mikroavtobusu toqquşub. Nəticədə mikroavtobus partlayıb və yanmağa başlayıb. Hər iki maşın külə dönüb. Xilasedicilər yanmış cəsədləri maşınlardan çətinliklə çıxarıblar.
Şahidlər məlumat veriblər ki, hadisə nəticəsində 4 nəfər ölüb, 7 adam yaralanıb.
İrəvanda sərnişin mikroavtobusu partladı
Xilasedicilər yanmış cəsədləri çətinliklə çıxarıblar




Şərhlər