İrəvanın Kentron və Nork-Maraş inzibati rayonlarının prokuroru Aram Qriqoryan silahı alnına dayayaraq atəş açıb. ANS PRESS «Panorama.am» saytına istinadən bildirir ki, prokurorun cəsədi Vanadzor qəbristanlığında tapılıb.
İlkin məlumatlara görə, o, intiharı «Makarov» tipli xidməti tapança ilə həyata keçirib. Qəbristanlığın yanında onun xidməti maşını da tapılıb. Aram Qriqoryan intiharı ilə bağlı heç kimi günahlandırmamaq barədə məktub da qoyub.
A.Qriqoryan 1974-cü ildə anadan olub. Evli olub və üç uşağı qalıb.
İrəvan prokuroru özünü öldürüb
Aram Qriqoryan Vanadzor qəbristanlığında xidməti tapançasını gicgahına dirəyərək atəş açıb




Şərhlər