İraqda növbəti terror aksiyası həyata keçirilib. BBC-nin yaydığı məlumata görə, bir-birinin ardınca baş verən partlayışlar zamanı ən azı 10 nəfər həlak olub. Məlumata görə, ilk partlayış Bağdadın 60 kilometr qərbində yerləşən Falluca şəhərində baş verib. Hadisə zamanı iki polis əməkdaşı həlak olub.
Növbəti partlayış da elə həmin yerdə baş verib. İnsan kütləsinin yığışdığı yerdə ikinci partlayış səsləri eşidilib. Bu dəfə isə daha 4 nəfər ölüb.
Digər bir partlayış isə paytaxtda baş verib. Avtomobil yolunda baş verən partlayışda 4 nəfər həlak olub. Onlardan biri 10 yaşlı qız uşağıdır.
İraqda silsilə partlayışlar
Falluca şəhərində baş vermiş terror aktı nəticəsində 10 nəfər həlak olub




Şərhlər