Hadisə

İraqda şiə zəvvarların avtobusu gülləbaran edildi

Hücuma məruz qalan avtobusun Suriyadan gəldiyi bildirilir

· Xəbərçi
İraqda şiə zəvvarların avtobusu gülləbaran edildi
İraqda avtobusa silahlı basqın olub. Hadisə nəticəsində 22 şiə zəvvar həlak olub. İnsident paytaxt Bağdadın 300 kilometr qərbində, səhralıqda baş verib.

Silahlılar Suriyadan gələn avtobusu dayandırıblar. Onlar avtobusdakı zəvvarların hamısını güllələdikdən sonra ərazidən uzaqlaşıblar.

Şərhlər