Hadisə

İranın Səhər kanalının Bakıdakı müxbiri saxlanılıb

Onun üzərində narkotik vasitə aşkar edilib.

· Xəbərçi
İranın Səhər kanalının Bakıdakı müxbiri saxlanılıb
İranın “Səhər” kanalının Bakıdakı müxbiri saxlanılıb. Binəqədi rayon 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Anar Bayramlının üzərində 0,387 qram heroin aşkarlanıb. Polis tərəfindən saxlanılan Anar Bayramlı ilk öncə polisə müqavimət göstərib.

Qeyd edək ki, hadisə fevralın 17-də baş verib. Hazırda onun işi istintaqa göndərilib. Faktla bağlı araşdırma aparılır və Anar Bayramlının narkotik vasitəni kimdən və necə aldığı müəyyənləşdirilir.

Anar Bayramlının qardaşı Eldar Bayramlı isə “Turan” agentliyinə bildirib ki, 17 fevral tarixində saat 18:00 radələrində 5 polis əməkdaşı evə gələrək Anarı aparıb.

Şərhlər