Hadisə

İranın Bakıdakı səfirliyi qarşısında daha bir aksiya

Bu dəfə aksiya keçirənlər Azərbaycan Milli Demokrat Partiyasının üzvləri olub

· Xəbərçi
İranın Bakıdakı səfirliyi qarşısında daha bir aksiya
Bu gün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında daha bir aksiya keçirilib. Bu dəfə aksiya keçirənlər Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurd) üzvləri olub. İranın "Səhər2" telekanalının antiazərbaycan siyasətinə etiraz edən aksiya iştirakçıları “Fars şovinizminə ar olsun!”, “Əhmədinejad şaşırma, səbrimizi daşırma!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” kimi şüarlar səsləndiriblər.

Partiya sədri Şahbaz Nəsirov qətnaməni oxuyub. Qətnamədə İranın Azərbaycanın daxili işlərinə qarışması, ermənilərlə əlaqələr qurması, cənubi azərbaycanlıların hüquqlarını tapdalaması pislənilib.

Polis aksiyanı dağıdıb. Piket iştirakçıları arasında saxlanılanlar var.

Şərhlər