Hadisə

İrandan Türkiyəyə gedən təbii qaz kəmərində partlayış baş verib

Partlayış vaxtı yanğın baş verib və alovlar 60 metr yuxarı yüksəlib

· Xəbərçi
İrandan Türkiyəyə gedən təbii qaz kəmərində partlayış baş verib
İrandan Türkiyənin Ərzurum vilayətinə gedən təbii qaz kəmərində naməlum səbəblərlə partlayış baş verib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 23.00-də (Bakı vaxtıyla 01.00) Ağrı vilayətinin Doğubəyazid rayonunda baş verib. şahidlərin verdiyi məlumata görə, partlayış vaxtı yanğın baş verib və alovlar 60 metr yuxarı yüksəlib. Qeyd edək ki, hadisənin baş verməsindən sonra qaz kəmərinin kranları bağlanıb və hal-hazırda boruda olan qazın qurtarması gözlənilir.

Hadisə barədə ətraflı məlumat verilməsə də partlayışın terrorçulrın hücumları nəticəsində baş verdiyi güman olunur.

Şərhlər