İranda təyyarə qəzası olub, 46 nəfər xəsarət alıb
24 Yanvar 2010 Bazar 14:05
İranın “Taban Air” şirkətinə məxsus “Tu-154” sərnişin təyyarəsi Məşhəd şəhər aeroportuna eniş zamanı alovlanıb.
İlkin məlumatlara görə, qəza zamanı ölən olmayıb. Xəsarət almış 46 nəfər yerli xəstəxanalara çatdırılıb. Təyyarənin göyərtəsində ümumilikdə 157 sərmişin və 13 ekipaj üzvü olub.

“Taban Air” şirkətinin təmsilçilərin hadisənin səbəbinin pis hava şəraiti olduğunu deyiblər.

Qeyd edək ki, təyyarə Abadan şəhərindən qalxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar