İranda iftar zamanı azərbaycanlılara hücum olub
26 Avqust 2011 Cümə 17:27
Xüsusi təyinatlılar 30 həmyerlimizi saxlayıb, yaralananlar var
Dünən Təbriz yaxınlığında yerləşən Qumtəpə qəsəbəsində iftar süfrəsində iştirak edən azərbaycanlılardan ibarət qrup İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. ANS PRESS-in İranda azərbaycanlı siyasi məhbusların hüquqlarının müdafiəsi Assosiasiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin iftar zamanı süfrə başında olanlara hücum etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Məlumata görə, iftar iştirakçıları 27 avqust tarixində Urmiya gölünün quruması ilə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırıblar. Qeyd edək ki, Cənubi Azərbaycanda yerləşən Urmiya duzluluq səviyyəsinə görə dünyada ikinci belə göldür.
DOSTLARINLA PAYLAŞ: