İranda etiraz aksiyasında 1 nəfər öldürüldü
15 Fevral 2011 Çərşənbə Axşamı 11:02
Tehranda keçirilən mitinqdə bir neçə nəfər də xəsarət alıb
İranın paytaxtı Tehran şəhərində etiraz aksiyası keçirilib. ANS PRESS-in “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, etiraz aksiyası iştirakçıları və polis arasında toqquşma baş verib. Toqquşma nətəcəsində bir nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.

İran höküməti aksiya iştirakçıları ilə polisin toqquşması zamanı silahdan istifadə edənlərin təxribatçı olduğunu iddia edib. İranın bəzi müxalifyönümlü mətbuat orqanlarının verdiyi məlumata görə isə aksiyaçılara atəş açanlar motosikletlə meydana daxil olan naməlum şəxslər olub.

Aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə edilib. Mitinq dağıdılan zaman onlarla insan saxlanılıb. Aksiyalar Tehranla yanaşı, İranın İsfahan, Şiraz, və Kirmanşah şəhərlərində də baş tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar