İranda 12 nəfər edam edilib
27 May 2011 Cümə 02:01
Bu ilin əvvəlindən indiyədək bu ölkədə edam olunanların sayı 150-yə çatıb
Ötən gün İranın ayrı-ayrı şəhərlərində ümumilikdə 12 nəfər edam edilib. Onlardan 5-i camaat qarşısında cəzalandırılıb. Bu barədə məlumatı İranın İRNA informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, Qəzvin şəhərində 5 qadını qətlə yetirmiş qatil asılıb. Şiraz sakinləri isə 4 cinayətkarın edamına şahid olub. Onlardan 2-si zorlama, digər 2-si isə silahlı qarətdə günahkar bilinib. Yerdə qalan 7 nəfər isə narkotik ticarəti ilə məşğul olduğuna görə həyatları ilə vidalaşmalı olub.
Qeyd edək ki, bu il İranda edam olunanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Əgər ötən il ümumilikdə 200 adam edam edilmişdisə, bu ilin əvvəlindən indiyədək bu göstərici artıq150 nəfər təşkil edir.
DOSTLARINLA PAYLAŞ: