Hadisə

İrana qar yağıb

Kilardəşt şəhəri yaxınlığında təyyarə yoxa çıxıb

· Xəbərçi
İrana qar yağıb
İranın Mazandaran əyalətinə qar yağıb. ANS PRESS-in İSNA agentliyinə istinadən verdiyi xəbərə görə, qar əsasən Ələm, Kuh, Kilardəşt, Taxtı Süleyman və Siyah Kaman şəhərləri, eyni zamanda ətraf dağlıq ərazilərə yağıb.

Məlumata görə, Kilardəşt şəhərinə qarla yanaşı, dolu yağıb və şəhərdə bəzi yerlər su altında qalıb. Şəhər və onun ətraf zonasındakı kəskin hava şəraitində birnəfərlik təyyarə itkin düşüb və hazırda onun axtarışına başlanılıb.

Şərhlər