Hadisə

İran səfirliyi Fariz Bədəlovun güllələnməsini pislədi

"Uşaqlara qarşı belə hərəkətlərin törədilməsi qanunsuzdur"

· Xəbərçi
İran səfirliyi Fariz Bədəlovun güllələnməsini pislədi
“Dinc əhali, xüsusilə də uşaqlar münaqişələr zamanı müdafiə olunmalıdır”. İranın Azərbaycandakı səfirliyinin mətbat katibi Abbas İskəndəri ANS-ə müsahibəsində Ağdam rayonunun Orta Qərvənd kəndində 10 yaşlı Fariz Bədəlovun öldürülməsinə münasibət bildirərkən belə deyib.

O, bu xəbərin çox sarsıdıcı xəbər oldurunu bildirib. “Ümumiyyətlə, uşaqlar və dinc əhali münaqişələr zamanı müdafiə olunmalıdır və onlara qarşı belə hərəkətlərin törədilməsi qanunsuzdur. Xüsusi ilə uşaqlara qarşı. Çünki uşaqlar sülhün və günahsızlığın simvoludur”.

Xatırladaq ki, 10 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov martın 8-də həyətlərində olarkən erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov xəstəxanaya aparılarkən keçinib.

Şərhlər