İran kəşfiyyat idarəsinin rəhbəri istefa verdi
18 Aprel 2011 Bazar Ertəsi 00:07
İstefanı qəbul edən prezident Əhmədinejad Müslihini dövlət müşavirliyi vəzifəsinə təyin edib
İran Kəşfiyyat idarəsinin rəhbəri Heydər Müslih tutduğu vəzifədən istefa verib. İran rəsmi xəbər agentliyi “İrna”nın yaydığı məlumata görə, prezident Mahmud Əhmədinejad artıq Müslihinin istefasını qəbul edib. Baş kəşfiyyatçının istefasının səbəbləri barədə isə açıqlama verilməyib. Prezident Əhmədinejad Heydər Müslihini Kəşfiyyat məsələləri üzrə dövlət müşavirliyi vəzifəsinə təyin edib.
DOSTLARINLA PAYLAŞ: