İran ABŞ-a sanksiya tətbiq edib
26 May 2011 Cümə Axşamı 11:30
İslam ölkəsi Amerika siyasi liderlərini "qara siyahı"ya salıb
Məlum olduğu kimi Amerika Birləşmiş Ştatları İran İslam Respublikasını cəzalandırmaq məqsədi ilə bu ölkəyə iqtisadi qadağalar tətbiq edib. İslam ölkəsi ilə əməkdaşlıq edən istənilən şirkət ABŞ-ın “qara siyahı”sına daxil edilir. Bu dəfə isə hər şey tam əksinə olub. Belə ki, İran gözlənilmədən Amerika siyasi xadimlərinin “qara siyahı”sını tərtib edib.
ANS PRESS-in İran kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, “qara siyahı”ya fəaliyyəti ciddi insan haqlarının pozulmasına gətirib çıxaran şəxslər daxil edilib. Siyahı İran parlamentinin müdafiə və xarici əlaqələr komitəsi tərəfindən elan edilib. “Qara siyahı”nın birinci şəxsi ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldir.
DOSTLARINLA PAYLAŞ: