İordaniyada hakimiyyət tərəfdarları ölkədə islahatların keçirilməsini tələb edən bir qrup gənci daşa basıb. İnsident nəticəsində 57 nəfər xəsarət alıb. “Frans Press” agentliyinin məlumatına görə, xəsarətləri daha ağır olan üç nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə yerində tibbi yardım göstərilib. Yaralılar arasında bir fotoqraf və bir polis əməkdaşlı da var. İnsidentin digər təfərrüatları məlum deyil.
2011-ci ilin ilk aylarında İordaniyada hakimiyyət əleyhinə aksiyalar keçirilib. Fevralın əvvəllərində kral II Abdulla sosial gərginliyin qarşısını almaq, Misitr və Tunis ssenarilərinin təkrarlanmasından sığortalanmaq üçün hökuməti istefaya göndərib. Kral siyasi və iqtisadi islahatların keçiriləcəyini də vəd edib.