Hadisə

İnsan alverində təqsirləndirilən Sumqayıt sakini həbs olunub

Azərbaycan qadınlarını İrana apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs həbs edilib.

· Xəbərçi
İnsan alverində təqsirləndirilən Sumqayıt sakini həbs olunub
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Lətifə Adıgözəlova gəlir əldə etmək məqsədi ilə qadınları İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır. ANSPRESS

Şərhlər