İnsan alveri ilə bağlı 57 cinayət faktı aşkarlanıb
08 Avqust 2010 Bazar 14:05
İnsan alveri ilə bağlı 57 cinayət faktı aşkarlanıb. 21 nəfər məsuliyyətə cəlb olunub.
Bu ilin altı ayı ərzində insan alverinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı görülmüş qabaqlayıcı tədbirlər nəticəsində 57 cinayət faktı aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, bununla bağlı 21 nəfər məsuliyyətə cəlb olunub.
Bu hüquqazidd əməllərin qurbanı olan 27 şəxs müəyyən edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: