İngltərə kral ailəsi adam əti yeyibmiş
24 May 2011 Çərşənbə Axşamı 06:09
Ailə fərdləri adam əti yeyir, qanını içir, sümükləri isə toza çevirərək geyimlərinə sürtürmüşlər
İngltərə kral ailəsi səhhəti problemləri ilə əlaqədar XVIII əsrdə adam əti yeyibmiş. Bu iddiaları “Durham” unversitetinin tarixçisi doktor Riçard Saqq yazdığı “Mumiyalar, adamyeyənlər və vampirlər: İntibahdan Viktoriya dövrünə (meyit) yarma tarixi” adlı kitabda qələmə alıb. Kitaba görə, kral ailəsindən I Frensis, III Uilyam, kraliça Meri və s. adam əti yeyir, qanını içir, sümükləri isə toza çevirərək geyimlərinə sürtürmüşlər. Yazıçı həmçinin adam ətinin və qanının ən çox aludəçisi olan kral II Çarlsın bəzən insan kəlləsi üçün 6 000 funt-sterlinq (7683 manat) ödədiyini bildirib.

Tarixçi o dövrdə adam ətinin səhhəti problemlər səbəbilə istehlak edildiyini də qeyd edib. Kitaba görə, İngiltərə, Fransa, İtaliya, Almaniya və Skandnaviyada insanlar “şəfa” olması üçün adam əti yeyir və edam olunanların qanını içirmiş.

Qeyd edək ki, orta srlərdə müalicə metodu kimi dərmanlarda istifadə olunan insan qanı yaxın-müasir dövrdə İngiltərədə epilepsiya kimi beyin xəstəlikləri və ölümcül hallara qarşı təcili yardım məqsədilə həkimlərin müraciət etdiyi bir vasitə idi.

Saqqın qalmaqal yaradacaq kitabı iyunun 29-da akademik nəşrləri həyata keçirən “Routledge” nəşriyyatı tərəfindən çap olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar