Beynəlxalq heyvan hüquqları təşkilatı hadisəni pisləyərək yaralı heyvanın azadlığa buraxılmasını tələb edib
İngiltərədə sirklərdən birində 58 yaşlı fil zorakılığa məruz qalıb. Baxıcısı tərəfindən təpiklənən Anne adlı yaşlı fil daha sonra dəyənəklə döyülür. Bununla da ürəyi soyumanayan baxıcı filə bıçaqla xəsarət yetirir. Dünyaya “mədəniyyət” ixrac edən Avropa ölkəsində baş vermiş hadisənin internetdə yayılan video-çarxı isə heyvan hüquqları müdafiəçilərinin kəskin etirazı ilə qarşılanıb. Bu barədə açıqlama yayan Beynəlxalq heyvan hüquqları təşkilatı (ADI) hadisəni pisləyərək yaralı heyvanın azadlığa buraxılmasını tələb edib.
Hadsə barədə açıqlama verməyən sirk rəsmiləri sadəcə “Anne ailəmizin bir üzvüdür” – deməklə kifayətlənib.