Hadisə

İndoneziyada 6.7 bal gücündə zəlzələ olub

Zəlzələnin episentri Cakartaya 412 km məsafədə yerin 24 kilometrliyində olub

· Xəbərçi
İndoneziyada 6.7 bal gücündə zəlzələ olub
İndoneziyanın Yava adasının cənubunda Rixter şkalası ilə 6.7 bal gücündə güclü zəlzələ qeydə alınıb. Məlumatı Birləşmiş Ştatlar geoloji xidmət yayıb. Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri paytaxt Cakartadan 412 kilometr məsafədə yerin 24 kilometr dərinliyində olub. İndoneziya seysmoloqları zəlzələni 7.1 bal gücündə qiymətləndirərək sunami təhlükəsi elan edib. Dağıntı və insan təlafatı barədə məlumat yoxdur.


Şərhlər