Hadisə

İndoneziyada 5.4 bal gücündə zəlzələ olub

Xəsarət alan və dağıntı barədə məlumat yoxdur

· Xəbərçi
İndoneziyada 5.4 bal gücündə zəlzələ olub
İndoneziyanın qərbində, Qərbi Yava əyalətində yerli vaxtla 13:39-da Rixter şkalası ilə 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Birləşmiş Ştatlar Geologiya Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Tasikmalay şəhərindən 82 kilometr aralıda yerin 78.6 metr dəyinlində olub. Xəsarət alan və dağıntı barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi barədə də xəbərdarlıq verilməyib.

Şərhlər