Hadisə

İmişlidə qanunsuz ov edən şəxslər tutulub

Azərbaycanın İmişli rayonunda qanunsuz ov edən şəxslər tutulub.

· Xəbərçi
İmişlidə qanunsuz ov edən şəxslər tutulub
Bu barədə APA-ya İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayon sakinləri Vəli Babaşov, Asif Orucov, Fəxrəddin Sadıqov və Elman Məhərrəmov qanunsuz ov edərkən saxlanılıblar. Onlardan 56 kiloqram balıq, 3 ədəd çöl quşu, 1 ədəd ov tüfəngi, 24 ədəd güllə və ov ləvazimatları götürülüb.

Faktla bağlı araşdırma aparılır. APA

Şərhlər