İmişlidə "Mercedes" və "Moskviç" toqquşdu
07 Aprel 2011 Cümə Axşamı 16:05
Vəziyyəti ağır olan yaralılardan biri Bakıya aparılıb
Azərbaycanın İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Nazim Tofiq oğlu Pənahovun idarə etdiyi “Moskviç” markalı abtomobil əks istiqamətdə hərəkət edən İmanverdi Ağabəy oğlu Gözəlovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Hər iki maşının sürücüsü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sonradan “Moskviç”in sürücüsünün vəziyyəti daha ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.
Qəza nəticəsində minik maşınları tam yararsız vəziyyətə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb “Mercedes”in yüksək sürətlə idarə edilməsi olub.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: