İlin ilk intiharı Qusarda baş verib
01 Yanvar 2012 Bazar 11:45
Yeni ili bol içki ilə qarşılayan gənc özünü asıb.
İlin ilk intihar faktı Qusar rayonunda qeydə alınıb. ANS PRESS-in şimal bürosunun məlumatına görə, bu gün səhər Qusarın Rusiya ilə sərhəddə yerləşən Samur qəsəbəsində 30 yaşlı Əhmədxanov Taqir Umaxan oğlu özünü asıb.
Valideynləri səhər saat 8.30-da gəncin özünü həyətdəki ağacdan asmış vəziyyətdə görüblər. Dərhal Qusar rayon polis şöbəsinin Samur bölməsinə müraciət ediblər. Daha sonra hadisə ilə bağlı Qusar rayon polis şöbəsinə və Qusar rayon prokurorluğuna məlumat verilib.
Qusar rayon polis şöbəsinin Samur bölməsinin rəisi Ədalət Qafarovun ANS PRESS-ə verdiyi məlumata görə, özünü asmış gənc subaydır. Hadisə baş verən gecə ailəsi ilə birlikdə Yeni ili qarşılayıb. Bol yeyib-içib. İntihar edən zaman içkili olub. Lakin onun inhtihar etməsinin səbəbləri aydın deyil.
Hazırda meyit tibbi ekspertizadan keçirilir. Ədalət Qafarovun sözlərinə görə, hadisə ilə bağlı Qusar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi açılacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: