"İL-76"nın heyətinin qalıqlarının ekspertizasında irəliləyişlər var
05 Avqust 2011 Cümə 14:44
Şakir Musayev:"Orada çox məsələlər həllini tapıb"
Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın “Silk Way” avia şirkətinə məxsus “İL-76” yük təyyarəsinin heyət üzvlərinə məxsus olduğu güman edilən insan qalıqlarının ekspertizası müəyyən nəticələr verib. Bunu ANS-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib. Onun sözlərinə görə, hazırda bu qalıqların kimə məxsus olmasını müəyyənləşdirmək üçün işlər davam etdirilir.

“Aparılan ekspertizaların nəticələrinə görə, bu obyektləri yaş qruplarına görə çeşidləmişik. Yəni bu obyektlərin hansı yaşlı şəxslərə məxsus ola bilər. Bu məsələni həll etmişik. Sonra bu obyektlərin məxsus olduğu şəxslər hansı qan qrupuna məxsus ola biləcəyini, xəsarətlərin xarakterini müəyyən etmişik. Orada çox məsələlər həllini tapıb. Burada əsas məsələ onların şəxsiyyətinin müəyyən edilməsidir ki, bu da vaxt tələb edir”, - deyə Şakir Musayev vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-da gecə saat 00:10 radələrində Əfqanıstanın Baqram Hava Limanı yaxınlığında enməyə hazırlaşarkən rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar