İki rayonda su olmayacaq
    21 Fevral 2012 Çərşənbə Axşamı 10:52
    Məhdudiyyət 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması ilə bağlıdır
    
                	 
    
         Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir. Məhdudiyyət 
Bakı şəhəri Nəsimi rayonu  3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə bağlıdır. Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
DOSTLARINLA PAYLAŞ: