Hadisə

İki maşın toqquşdu, nənə və nəvə öldü

Yol nəqliyyat hadisəsi Ağcabədidə baş verib. İki maşın toqquşub, nənə və nəvə ölüb.

· Xəbərçi
İki maşın toqquşdu, nənə və nəvə öldü
Ağcabədidə nənə və nəvənin ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, rayon ərazisində Hacıbədəlli kənd sakini Ramiz Həsənovun idarə etdiyi "VAZ-2106" markalı və Bərdə rayon sakini Fazil Mustafayevin idarə etdiyi "VAZ-2121" markalı avtomaşınlar toqquşub. Nəticədə R.Həsənovun sərnişinləri - anası Tamella və oğlu 6 yaşlı Şəfa hadisə yerində ölüb. Xəsarət alan R.Həsənov, habelə F.Mustafayev isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır. ANSPRESS


Şərhlər