Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi yol qəzasında ölüb. hadisə noyabrın 23-dən 24-nə keçən gecə Bakının Səbail rayonu ərazisində qeydə alınıb.
Hərbi Dəniz Qüvvələrinin zabiti, 1989-cu il təvəllüdlü Kamil Hüseynov idarə etdiyi “Opel” markalı, 10 OG 772 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı dirəyə çırpıb. Nəticədə sürücü və onun yanında olan digər hərbçi, 1983-cü il təvəllüdlü Fuad Almazov aldıqları xəsarətdən hadisə yerində keçiniblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev
APA-ya açıqlamasında faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.