İki əmioğlunun “söhbəti” ölümlə nəticələndi
12 May 2011 Cümə Axşamı 06:32
Zabrat qəsəbəsi sakini öz əmisi oğlu tərəfindən qətlə yetirilib
Bakıda qətl hadisəsi baş verib. İki əmioğlu arasında yaranan mübahisə onlardan biriin ölümü ilə nəticələnib. Hadisə paytaxtın Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Engels küçəsi 18 ünvanında 51 yaşlı Əliyev Əlikram Xavər oğluna məxsus evdə baş verib. Şahidlərin verdiyi məlumatlara görə, hadisə baş verərkən həmin evdə Əlikram Əliyev və onun yaxın qohumu, əmisi oğlu olduğu bildirilən 38 yaşlı Salərov Saleh Ulduz oğlu da olub. Hadisə isə Salehlə Əlikramın arasında yaranmış mübahisələrdən qaynaqlanıb. Mübahisə əsnasında Saleh Salərov mətbəx bıçağı ilə Əlikram Əliyevə bir bıçaq xəsarəti yetirib.
Hadisədən sonra yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə dərhal Sabunçu rayon polis idarəsi 15-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşları qətli törədən Saleh Salərovu hadisənin baş verdiyi evdə aşkarlayaraq saxlayıb. Polislər həmçinin Salərovun kəskin sərxoş vəziyyətdə olduğunu bildirilib.
Cinayətdə şübhəli bilinən şəxs saxlanılsa da mübahisənin və qətin təfərrüatları keçirilən araşdırmalardan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: