İki azyaşlı uşaq atası özünü öldürdü
    27 Dekabr 2010 Bazar Ertəsi 11:05
    Onun əsəb xəstəsi olduğu bildirilir
    
                	 
    
         Qax rayonunda intihar hadisəsi baş verib. Bu barədə Qax Rayon Polis Şöbəsindən bildirilib. Hadisə dekabrın 26-da saat 20.30 radələrində rayonun Almalı kəndində qeydə alınıb.
 
 Almalı kənd sakini, 1963-cü il təvəllüdlü Namiq Məhəmməd oğlu Abdullayev yaşadığı evin çardağından özünü asaraq intihar edib.
 
 Qax RPŞ-dən bildirilib ki, iki uşaq atası olan Namiq Abdullayev son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.
 
 Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: