Hadisə

İdman - Sağlamlıq Mərkəzindən seyfi oğurladılar

İdman - Sağlamlıq Mərkəzindən seyfi oğurladılar. Seyfdə 5 min manat olub.

· Xəbərçi
İdman - Sağlamlıq Mərkəzindən seyfi oğurladılar
Bakı şəhərində yerləşən İdman-Sağlamlıq Mərkəzində oğurluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər Yasamal rayonunun Əbilov küçəsində yerləşən “Akvasport” İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Rasim Eminbəylinin iş otağından içərisində 5 min manat pul və əmək kitabşaları olan seyfi oğurlayıblar.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt sakinləri Anar Rəcəbov və Emin Qasımov tutulublar.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər