Hadisə

İcra hakimiyyəti binası yaxınlığında silahlı insident baş verib

Hadisə nəticəsində 1 nəfər yaralanıb, cinayəti törədənlər isə olay yerindən qaçıblar.

· Xəbərçi
İcra hakimiyyəti binası yaxınlığında silahlı insident baş verib
Biləsuvar rayonunda silahlı insident törədilib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, gənc oğlan rayon İcra Hakimiyyətinin binası yaxınlığında güllələnib.

Telefon dükanında bir neçə nəfər arasında mübahisə düşüb. Mübahisə edənlərdən biri tapança çıxararaq mağazanın sahibinə atəş açıb. Bu zaman güllə mağaza sahibinin yanında olan 34 yaşlı Ehtiyat Məmmədova dəyib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törədənlər isə hadisə yerindən qaçıblar.

Hələlik saxlanılan olmasa da, polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Şərhlər