Biləsuvar rayonu ərazisində ölümlə nəticələnən avtoqəza baş verib. Yol qəzası rayonun ucqar kəndlərindən olan Çinarlı kəndində meydana gəlib. Vurğun Sabir oğlu Səfərov idarə etdiyi “VAZ-2106” markalı minik maşınını sürərkən idarəetməni ani olaraq itirib. Nəticədə içərisində sürücüdən başqa dörd sərnişinin də olduğu maşın yol kənarındakı su kollektoruna düşüb.
Atomobildə olan digər sərnişinlər yüngül xəsarətlərlə canlarını qurtara bilsə də Zaur Əliyev adlı şəxs dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Hazırda polis qəzanın səbəblərini araşdırır.
İçi adamla dolu maşın su kollektoruna düşdü
Bir nəfər ölüb, 3 nəfər yaralanıb




Şərhlər