Hadisə

İçərişəhərdə muzeydə güclü partlayış olub, “Azəriqaz”ın dörd əməkdaşı yaralanıb

Hadisə “Azəriqaz” QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman olub.

· Xəbərçi
İçərişəhərdə muzeydə güclü partlayış olub, “Azəriqaz”ın dörd əməkdaşı yaralanıb
İçərişəhərdə partlayış baş verib. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda “Azəriqaz” QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə “Azəriqaz”ın əməkdaşları – 32 yaşlı Riyad Quliyev, 54 yaşlı Nizami Durmuşov, 27 yaşlı Ceyhun Musayev və 29 yaşlı Kamran Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər