Bir müddət Almaniyada müalicə olunan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bu gün İstanbula dönüb. Tatlısəsin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan müğənni başından güllə yarası almışdı. Nəticədə sol tərəfi iflic olan “İbo” Hamburq şəhərindəki tibb mərkəzində fizioterapiya və reabilitasiya kursu keçib.
İbrahim Tatlısəs İstanbula döndü
Tanınmış müğənnin vəziyyətinin yaxşı olduğu bildirilir




Şərhlər