“Hyundai Tucson” "VAZ 2106" ilə toqquşdu, ölən var
07 Noyabr 2010 Bazar 15:20
Qəzadan sonra "VAZ 2106" iki hissəyə bölünüb.
Bu gün Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Suraxanı rayon Dövlət Yol Polisinin Tağım komandiri Zamir Mehdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəza günorta saatlarında Nəqliyyat küçəsində qeydə alınıb. Belə ki, Qaraçuxur qəsəbəsinə doğru hərəkət edən “Hyundai Tucson” markalı maşın adıçəkilən qəsəbədən Əmircan istiqamətində gələn “VAZ 2106” markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənin şəxsiyyəti bilinməsə də, onun “Jiquli”nin sürücüsü olduğu ehtimal edilir.
Z.Mehdiyevin sözlərinə görə, qəzaya səbəb “VAZ 2106”nın qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması olub.
Hadisənin şahidləri isə ANS PRESS-ə qəzadan sonra "VAZ 2106"nın iki hissəyə bölündüyünü bildiriblər.
Faktla bağlı araşdırma davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: