Hadisə

“Hyundai”, “Toyota” və “Jiquli” toqquşub

Yol polisinin müayinəsi nəticəsində isə “Hyundai” sürücüsünün sərxoş olduğu məlum olub

· Xəbərçi
“Hyundai”, “Toyota” və “Jiquli” toqquşub
Ötən gecə paytaxtın Nərimanov rayonu Xətai prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Ağalar Ağayevin idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi Zahid Hacıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla toqquşub. “Hyundai” “Jiquli” ilə toqquşandan sonra hərəkət halında olan “Toyota” markalı avtomobilə də çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Yol polisinin müayinəsi nəticəsində isə “Hyundai” sürücüsü Ağalar Ağayevin sərxoş olduğu məlum olub.

Sürücü Ağalar Ağayev barəsində Nərimanov rayon dövlət yol polis şöbəsində inzibati prtotokol tərtib edilib. Bundan başqa sərxoş sürücünün törətdiyi yol nəqliyyat hadisəsini də şöbənin əməkdaşları araşdırırır.

Şərhlər