"Hyundai" "KamAz"la toqquşdu: ölən və yaralanan var
14 Aprel 2011 Cümə Axşamı 12:45
"Hyundai" sürücüsünün qadın sərnişini öldü
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 14-də saat 01.30 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Namiq Əlizadə idarə etdiyi "Hyundai İX-35" markalı avtomaşını qarşıda gedən Ağcabədi rayon sakini Cəlal Musayevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub. Nəticədə N.Əlizadənin sərnişini Könül Haşımova xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: