Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib
16 Aprel 2011 Şənbə 01:18
Həkimlər onun yaddaşını itirə biləcəyindən ehtiyatlanırlar
Aprelin 12-də ürək tutmasından sonra xəstəxanaya yerləşdirilən Misirin 82 yaşıl eks-prezidenti Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib. Bu barədə məlumatı “Əl Əhram” portalı yayıb. Şarm-eş-Şeyxdəki xəstəxananın həkimlərinin sözlərinə görə, eks-prezidentin hərarəti qəfildən 38,5 dərəcəyəcək artıb. Onlar keçmiş Misir liderinin yaddaşını itirə bilər.
Hüsnü Mübarəkin yaxınlarının sözlərinə görə, o, oğullarının həbsi ilə bağlı həyəcan keçirir, dərmanlardan imtina edir və tibbi müayinədən keçməyi arzulamır. Hazırda eks-prezidentin yanında həyat yoldaşı Süzan Mubarək var.
Xatırladaq ki, Misirin Baş prokurorluğu korrupsiya, hakimiyyətdən sui-istifadə, nümayişçilərə qarşı zorakılığa təhriketmə cinayətləri ilə bağlı istintaqın aparılması ilə əlaqədar eks-prezident və oğullarının 15 gün müddətinə həbsi barədə qərar qəbul edib. Hüsnü Mübarəkin səhhəti pisləşdiyindən, o, bu müddəti xəstəxanada keçirəcək. Eks-prezidentin oğulları isə Qahirə yaxınlığındakı “Tora” həbsxanasında saxlanılırlar.
DOSTLARINLA PAYLAŞ: