Hüsnü Mübarək xəstəxanaya yerləşdirildi
13 Aprel 2011 Çərşənbə 01:48
Keçmiş Misir liderinin ürəyi tutub
Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm-əl-Şeyxdəki xəstiəxanalardan birinin intensiv terapiya şöbəsinə yerləşdirilib. Məlumatı “Reuters” agentliyi Misirin dövlət televiziyasına istinadən yayıb. Məlumatda bildirilir ki, Hüsnü Mübarəkin xəstəxanaya düşməsinin səbəbi ürək tutmasıdır.
Hüsnü Mübarək bu ilin fevralında Misirdə başlayan inqilabdan sonra istefa verib. Qahirə məhkəməsi etiraz aksiyalarının iştirakçılarının güllələnməsi və büdcə vəsaitlərinin israfı ilə bağlı işi icraata götürüb.
Xatırladaq ki, bir sıra ölkələr Hüsnü Mübarəkin ailəsi və bəzi yaxınlarının bank hesablarını dondurublar. Onlar Misirin keçmiş siyasi elitasını korrupsiyada günahlandırırlar.
Hüsnü Mübarək istefa verdikdən sonra Şarm əl Şeyxdəki iqamətgahında yaşayır. Prokurorluq barələrindəki ittihamın araşdırılması sona çatanadək onun və ailəsinin ölkədən çıxmasına icazə vermir.
DOSTLARINLA PAYLAŞ: