Hüsnü Mübarək və həyat yoldaşı dindirilir
13 May 2011 Cümə 00:50
Dindirmə keçmiş Misir liderinin müalicə olunduğu hospitalda aparılır
Misirin Ədliyyə Nazirliyinin müstəntiqləri eks-prezident Hüsnü Mübarək və həyat yoldaşı Süzan Mübarəki dindirməyə başlayıblar. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinirlər. Məlumatı Misir KİV-i yayıb. Dindirmə Şarm-eş-Şeyxdə Hüsnü Mübarəkin müalicə olunduğu hospitalda aparılır.
Mayın 10-da eks-prezidenti Baş Prokurorluğun müstəntiqləri dindiriblər. Sbhbət zamanı keçmiş Misir lideri huşunu itirib.
Hüsnü Mübarək ünvanına olan bütün iddihamları qətiyyətlə rədd edib. Amma Misirin Baş Prokurorluğu dindirmədən sonra onun həbs müddətini 15 gün uzadıb.
DOSTLARINLA PAYLAŞ: