Hüsnü Mübarək həbs edilib
13 Aprel 2011 Çərşənbə 11:46
Bakı – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarək həbs edilib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həbs müddəti 15 gün olacaq.
H. Mübarək aprelin 10-da korrupsiya iddiaları və etiraz aksiyalarının qəddarlıqla dağıdılması ilə bağlı prokurorluğa ifadə verməyə çağırılıb. Aprelin 12-də onun dindirilməsinə başlanıb. Buna etiraz olaraq sabiq prezident aclıq elan edib. Bir qədər sonra H. Mübarəkin səhhətinin pisləşdiyi və polisin müşayiəti ilə xəstəxanaya aparıldığı xəbəri yayılıb. Daha sonra onun dindirilməsi davam etdirilib.
Qeyd edək ki, H. Mübarəkin 2 oğlu – Camal və Əli, eləcə də keçmiş baş nazir Əhməd Nazif də həbs edilib.
DOSTLARINLA PAYLAŞ: