Ötən gecə Abşeron rayonu ərazisində, Hökməli dairəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində “Mercedes” markalı maşınla “Qaz 3110” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Qəza zamanı “Qaz 3110” markalı avtomaşında olan sərnişin 1975-ci il təvəllüdlü Göyçay sakini Vüqar İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün dərhal 1 syalı şəhər xəstəxanasına çatdırılıb.
Artıq faktla bağlı araşdırmalar aparılır. Qəzaya səbəb olan sürücünün tutularaq tez bir zamanda məsuliyyətə cəlb ediləməsi istiqamətində tədbirlərə başlanılıb. ANSPRESS
Hökməli dairəsində avtomobil qəzası baş verib
Qəzada Göyçay sakini Vüqar İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




Şərhlər