“Hizbullah” terror təşkilatının İstabul lideri həbs olunub
05 Mart 2011 Şənbə 06:16
Mehmet Bəhaəddin İstanbul polis idarəsində vərəcəyi ifadədən sonra məhkəməyə göndəriləcək
Türkiyə “Hizbullah” terror təşkilatının İstabul üzrə məsul şəxsi həbs olunub. ANS PRESS “İhlas” agentrliyinə (İHA) istinadən xəbər verir ki, Mehmet Bəhaəddin İrandan qayıdarkən İstanbul “Atatürk” hava limanında pasport nəzarəti vaxtı saxlanılıb. Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bəhaəddin İstanbul polis idarəsində vərəcəyi ifadədən sonra məhkəməyə göndəriləcək.
Qeyd edək ki, barəsində daha əvvəl yaxalanma əmri çıxarılan Mehmet Bəhaəddin xaricdə olduğu üçün bu mümkün olmamışdı.
Terrorla mübarizə idarəsi kibercinayətkarlıqla mübarizə şöbəsi fevralın 28-də “Doğru Haber” qəzetinin İstanbul şöbəsi, habelə “İnzar” və “Kel Ahmet” jurnalları ilə Mehmet Bəhaəddinin evinin olduğu binada keçirdiyi axtarlşda ümumi miqdarı 6 kisə olan hard-disk, kompakt-disk (CD) və sənədləri müsadirə edərək araşdırmaq üçün şöbəyə aparıb. Bu vaxt saxlanılan 13 nəfərdən 3-ü isə həbs olunub.
DOSTLARINLA PAYLAŞ: