Hadisə

Hindistanda qatarlar toqquşdu

Yaralılardan 17-sinin vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər

· Xəbərçi
Hindistanda qatarlar toqquşdu
Hindistanın cənubunda iki qatar toqquşub. “Sinhua” agekntliyinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 80 adam xəsarət alıb.

Hindistanın NDTV telekanalı məlumat yayıb ki, Tamilnad əyalətinin inzibati mərkəzi Çennay şəhərinin 80 kilometrliyində bir sərnişin qatarı digərinə çırpılıb.

Tələfat sayının arta biləcəyi bildirilir. Çünki yaralılardan 17-sinin vəziyyəti olduqca ağırdı.

Xilasedicilər qəzanın nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

Şərhlər