Hadisə

Hindistanda güclü zəlzələ baş verib

Dehlidə yeraltı təkanların gücü 6,6 bal olub

· Xəbərçi
Hindistanda güclü zəlzələ baş verib
Hindistanın paytaxtı Dehlidə güclü zəlzələ baş verib. Yerli KİV-in məlumatına görə, zəlzələnin gücü 6,6 bal olub. Qərb KİV-i isə yeraltı təkanların 4,1 bal gücündə olduğunu yazır.

Zəlzələ həm Dehlidə, həm də paytaxta yaxın yaşayış məntəqələrində hiss edilib. Yerli vaxtla saat 23.30-da başlayan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Şərhlər