ABŞ dövlət katibi Hillari Klinton və terrorla mübarizə idarəsinin sədri Odri Tomasonun şəkli ümumi fotodan çıxarılıb
Pakistanda Üsamə bin Ladenə qarşı keçirilən hərbi əməliyatı birbaşa izləyən yüksəkçinli ABŞ məmurlarının foto-şəkilləri senzuraya məruz qalıb. Belə ki, ABŞ dövlət katibi Hillari Klinton və terrorla mübarizə idarəsinin sədri Odri Tomasonun şəkli ümumi fotodan çıxarılıb. Broklində nəşr olunan, radikal yəhudilərə aid "Der Zeitung" qəzetinin bu addımı atmasının səbəbi hər iki şəxsin qadın olmasıdır. Qəzetin bu cür hərəkətinin səbəbi isə qadınları qüvvətli mövqedə göstərməmək olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl analoji addımı atmış İran mətbuatı uzun müddət qərbin və Amerikanın tənqid hədəfi olub.