Hadisə

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yanğın olub

Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən evakuasiya edilib.

· Xəbərçi
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yanğın olub
Bakı şəhəri, Xətai rayonunda Müdafiə Nazirliyinə məxsus H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, məktəbin dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60kv.m. olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə ötən axşam baş verib. Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından bina mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ANSPRESS

Şərhlər