Həyat yoldaşını öldürüb, qayınanasını yaralayan məhbus həbsxanada intihar edib
04 İyul 2011 Bazar Ertəsi 10:32
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Bakıda Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən, Astara rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Əsədullayev saxlanıldığı müəssisənin hamamında özünü mələfə ilə dəmir borudan asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, 2010-cu ilin payızında Rövşən Əsədullayev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Kəmalə Zərbəliyeva və qayınanası Zərxanım Zərbəliyevanı bıçaqlayıb. Kəmalə aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Qayınana Zərxanım isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Əsədullayev daha sonra özünə də xəsarət yetirib.
Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə R. Əsədullayev 14 il müddətinə azadlıqdan məhrum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: